Türkiyə hökuməti toplanır – Erməni təxribatı gündəmdə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə sabah hökumətin iclası baş tutacaq.

Yenicag.az xəbər verir ki, iclasda Suriya, Liviya və Şərqi Aralıqdakı durum, həmçinin Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət müzakirə olunacaq.

Bundan əlavə, iclasın gündəliyinə terrorizmə qarşı mübarizə məsələləri də daxildir.