Türkiyə humanitar yardımlarda dünya lideridir – Foto

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi rəsmi Ankaranın humanitar yardım fəaliyyətləri ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın “Türkiyə səviyyə və miqdar baxımından humanitar bir zirvəyə yüksəlib. Suriya ilə yanaşı Qırğızıstandan Əfqanıstana, Somalidən Fələstinə, Sudandan Liviyaya, Yəmənə və Bosniya Herseqovinaya qədər çoğrafiyaya millətin yardım əlini uzatdıq” ifadələri əks olunan paylaşımda Türkiyənin humanitar missiyası ilə bağlı məlumatlar da qeyd olunub.

“Qlobal Humanitar Yardım hesabatına görə, Türkiyə milli gəlirinin əhəmiyyətli bir hissəsini humanitar yardım üçün ayırırb. Bu baxımdan, “dünyanın ən səxavətli ölkəsiyik”. Türkiyə 2002-2019-cu illər ərzində bütövlükdə 49 milyard dollarlıq humanitar yardım edib.

Qardaş ölkə hələ də 140-dan çox ölkəyə humanitar və inkişaf yardımı etməyə davam edir. Türkiyə 2018 və 2019-cu illərdə beynəlxalq humanitar yardım fəaliyyətlərində ümumi daxili məhsula (ÜDM) görə dünya birincisidir. Türkiyə 5 dəfə “dünyanın ən səxavətli ölkəsi” olmağa nail olaraq “qlobal humanitar mərkəz”ə çevrilib. Həmçinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Türkiyəni “dünyanın ən çox qaçqına ev sahibliyi edən ölkəsi” elan edib. Türkiyə son 2 ildə, COVID-19 epidemiyasının da təsiri ilə 136 ölkəyə və 4 beynəlxalq təşkilata tibbi avadanlıq yardımı edib”, – məlumatda bildirilir.

 

COP29