Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Türkiyə ictimai rəyi Qarabağ məsələsinə Azərbaycanın nəzərləri ilə baxır” - Hasan Öztürk

Reklam: High Technic

“Son illərdə Türkiyədə hər il Xocalı Soyqırımının anımı ilə bağlı çoxsaylı və genişmiqyaslı tədbirlər keçirilir”.

Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu çərçivəsində baş tutan “Qarabağ” Panelində çıxış edən “Ülke” TV-nin baş redaktoru Hasan Öztürk Türkiyə ictimaiyyətinin Qarabağ münaqişəsinə baxışını dəyərləndirib.

Hasan Öztürkün sözlərinə görə, Türkiyə mediası Qarabağ münaqişəsi ətrafında gedən prosesləri diqqət mərkəzində saxlayır:

“2009-cu ildən sonra yenidən Bakıda olmaqdan çox məmnunam. Buna görə Tənzilə xanıma, Hüseyin Büyükfırata, Aqil Ələsgərə minnətdarlığımı bildirirəm.

Əslində, Türkiyədə Qarabağ münaqişəsinə baxış daha çox milliyyətçiliyə, həmrəyliyə əsaslanır. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına yönəlik əsassız təbliğat fonunda müəyyən vəziyyət yaranmışdı. Bu səbəbdən, Türkiyə prezidenti, o zamankı baş naziri Azərbaycana gələrək, parlamentdə çıxış etməli, vəziyyətə aydınlıq gətirməli oldu.

O dönəmdə bəzi media quruluşları Türkiyənin Ermənistanla əməkdaşlıq məsələlərini ciddi tənqid etməyə başladılar. Hətta Azərbaycandan da müəyyən qrup Türkiyəyə gələrək, bu istiqamətdə fəaliyyət göstərdilər.

Lakin baş nazirimizin o vaxt Azərbaycan parlamentində çıxışı və qətiyyətli mövqeyi millət vəkilləri tərəfindən ayaq üstə alqışlarla qarşılandı. O vaxt baş nazir olan Ərdoğan bildirmişdi ki, Azərbaycanın işğal altındakı əraziləri azad edilməyənə qədər Ermənistanla sərhədlər açılmayacaq.

Son illərdə isə Türkiyədə hər il Xocalı Soyqırımının anımı ilə bağlı çoxsaylı və genişmiqyaslı tədbirlər keçirilir. Mediada bu barədə materiallar dərc olunur, televiziyalarda süjetlər yayımlanır. Bu da onu göstərir Türkiyədə Qarabağ məsələsinə yanaşma məhz Azərbaycanın mövqeyi əsasında formalaşır. Türkiyə ictimai rəyi Qarabağ məsələsinə Azərbaycanın nəzərləri ilə baxır. Bu, çox vacib məqamdır.

Qarabağ münaqişəsi nəticəsində bir milyon insanın didərgin salınması həm də o bölgənin demoqrafik vəziyyətinin dəyişdirilməsi məqsədinə xidmət edir. Bütün hallarda bu məsələ Türkiyə mediasının diqqətindədir”.

www.yenicag.az

5216