Türkiyə iki şəhid verdi

PKK/YPG terror təşkilatının hücumu nəticəsində iki Türkiyə hərbçisi şəhid olub.

Yenicag.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hücum “Zeytun budağı” hərəkatı bölgəsində həyata keçirilib:

“Verilən qarşılıq nəticəsində, ilkin müəyyənləşdirməyə görə, üç PKK/YPG-li terrorçu zərərsizləşdirilib”.

Nazirliyin məlumatına görə, bölgədə müəyyənləşdirilən terror hədəfləri atəş altına alınıb.