Türkiyə ilə Azərbaycan arasında 6 sənəd imzalanıb

скачанные файлыTürkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında 6 sənəd imzalanıb.

Sənədləri Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan imzalayıblar.

İmzalanan sənədlər arasında ədliyyə sahəsində anlaşma, Türkiyə ilə Azərbaycan arasında sürücü vəsiqələrinin tanınması, habelə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası toplantısının bəyannamə və digərləri yer alıb.