!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyə ilə Azərbaycan arasında media əlaqələri inkişaf edir" - MÜSAHİBƏ

!Reklam – Yazi

“Mədəniyyət paytaxtı Şuşaya səfər etdik, araşdırmalar apardıq. Orada mübarizənin izlərini görmək şansımız oldu”.

Bu sözləri Azərbaycan-Türkiyə media münasibətlərini dəyərləndirən “Serap Ülkü Medya”nın İdarə Heyətinin sədri, Rəqəmsal Media və Nəşriyyatçılar Assosiasiyasının prezidenti Serap Ülkü Yenicag.az-a müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

– Serap xanım, ötən aylarda işğaldan azad olunmuş torpaqlarımızda oldunuz. Hissləriniz və düşüncələriniz nələrdir?

– Azərbaycan-Türkiyə: bir millət, iki dövlət… Təbii ki, bu mənim üçün inanılmaz hiss idi. Mədəniyyət paytaxtı Şuşaya səfər etdik, araşdırmalar apardıq. Orada mübarizənin izlərini görmək şansımız oldu. Ölkəmizin dəstəyi ilə Azərbaycan torpaqları işğaldan azad edildi.

– “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunda iştirak etmək üçün Azərbaycana gəlmişdiniz. Bu mənada Azərbaycanla Türkiyə arasında media sahəsində əlaqələri necə qiymətləndirirsiniz? Əlaqələrin daha da möhkəmlənməsi üçün nə etmək lazımdır?

– İştirak etdiyimiz proqram çərçivəsində Anadolu və Azərbaycan mediası ilə bağlı qiymətləndirmələr apardıq. Bu, Türkiyə ilə Azərbaycan arasında media əlaqələrinin inkişafı baxımından əhəmiyyətli bir araşdırma oldu. İştirak etdiyimiz forum çərçivəsində qurduğumuz dialoqlar sayəsində “Azerspace” peykində yayıma başladıq. Əminliklə deyə bilərik ki, bu gün Türkiyə ilə Azərbaycan arasında media əlaqələri inkişaf edir.

Muğlanın dünyaya açılan pəncərəsi olduq. Bu mövzuda bizə kömək edən hər kəs çox sağ olsun.

– “Serap Ülkü Medya”nın gələcək hədəfləri nədən ibarətdir?

– Bizim əsas məqsədlərimizdən biri peykdə olmaq idi. Biz buna nail olduq. Digər hədəflərimizə doğru da çalışmaqda davam edəcəyik. Prinsiplərimizə güzəştə getmədən müəyyən etdiyimiz yolla gedəcəyik.

– Bu gün Azərbaycan və Türkiyə dezinformasiyaya qarşı müharibə elan edib. Cəmiyyətdə dezinformasiyanın yayılmasının qarşısını necə ala bilərik?

– Bu mənada medianın üzərinə böyük vəzifə düşür. Səhv və ya qeyri-dəqiq məlumat ictimaiyyətlə paylaşılmamalıdır. Azərbaycanda jurnalist dostlarımın bu məsələyə həssaslıqla yanaşdığını gördüm. Eyni şəkildə ölkəmizdə də bununla bağlı ciddi araşdırmalar aparılır.

– Rəqəmsal medianın gələcəyini necə görürsünüz?

– Rəqəmsal medianın mövcudluğu və reallığı indi danılmaz hala gəlib. Qəzetləri və televiziyaları indi yavaş-yavaş smartfonlar və kompüterlər əvəz edir. Bir çox xəbər agentliklərinin və qəzetlərin mobil proqramları və sosial media səhifələri var. Rəqəmsal media indi yeni nəsil mediaya çevrilib. Düşünürəm ki, sosial media səhifələri və saytlardakı qaydaları əhatə edən qanunla hər şey daha yaxşı olacaq.

Gülşən Şərif

www.yenicag.az

3286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv