Türkiyə ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçiriləcək

Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Bu barədə Türkiyə XİN-in rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata əsasən məsləhətləşmələr bu gün Ankara şəhərində keçiriləcək. Bununla əlaqədar Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Türkiyədə səfərdədir.

Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəlikdə olan məsələləri müzakirə edəcəklər.

Yeniçağ.az