“Türkiyə ilə Azərbaycan sülh və rifahın tərəfindədir”

Ən çətin günlərində Azərbaycan necə Türkiyənin yanında oldusa, Türkiyə də Azərbaycanın çətin günündə onun yanında olacaq.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində deyib.

O, Türkiyə ilə Azərbaycanın ortaq layihələrinin davamlı olacağını bildirib.

Türkiyə Prezidenti həmçinin qeyd edib ki, iki ölkə hər zaman sülhün tərəfdarı olub:

“Türkiyə ilə Azərbaycan sülh və rifahın tərəfindədir. Bölgədə sadəcə sülh istəyirik və bu istiqamətdə daim addım atmışıq. Bundan sonra da sülhə yönəlik layihələri birlikdə həyata keçirməkdə qərarlıyıq”.