Türkiyə ilə İraq arasında hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq terrorla mübarizəyə dair anlaşma memorandumu imzalanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan iraqlı həmkarı ilə təşkil edilmiş mətbuat konfransında məlumat verib.
“Bu anlaşma ilə əməkdaşlığımızı daha yüksək səviyyəyə çıxaracağıq”, – deyə Fidan bildirib.