Türkiyə ilə İraqdan ortaq əməliyyat : Bərzaniyə gözdağı

Şimali İraqda “Küdüstan” referendumunun həyata keçirildiyi saatlarda Türk Silahlı Qüvvələri (TSK) cənub-şərqdə hərbi təlimlərin üçüncü mərhələsinə start verib.

Yenicag.az xəbər verir ki, yeni mərhələ barədə TSK-nın rəsmi internet səhifəsində məlumat verilib. Paylaşılan fotolarda İraq ordusuna məxsus xüsusi qoşunların birgə təlimlər üçün Türkiyəyə gəlməsi əks olunub. Türk Silahlı Qüvvələri məsələ ilə bağlı yazılı açıqlama verib:

“TSK tərəfindən 18 sentyabr 2017-ci il tarixindən etibarən Silopi-Habur bölgəsində icra edilən təlimlərin üçün mərhələsinə 26 sentyabr 2017-ci il tarxində başlanılacaq.

Təlimlərin növbəti mərhələsi bu gün axşam radələrində bölgəyə cəlb edilən İraq Silahlı Qüvvətlərinin tərkibindəki birləşmələrin də iştirakı ilə birgə həyata keçiriləcək”.

COP29