!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə ilə ortaq maraqlarımız var” – Pompeo gərginliyə münasibət bildirib

!Reklam – Yazi

ABŞ xarici işlər naziri Mayk Pompeo, Türkiyənin əməkdaşlığı davam etdirməyi hədəflədikləri NATO ölkəsi olduğunu bildirib.

Yenicag.az xəbər verir ki, “51-ci Cənub-Şərqi Asiya Beynelxalq Birliyi (ASEAN)” Xarici İşlər Nazirlərinin yığıncağında iştirak etmək üçün Sinqapurda olan Pompeo, jurnalistlərə verdiyi açıqlamada, FETÖ və PKK ilə əlaqədə olması səbəbiylə ev həbsində saxlanılan ABŞ əsilli din xadimi Andrey Brunson məsələsində yaşanan gərginliyə baxmayaraq ABŞ və Türkiyənin bir çox məsələlərdə ortaq maraqlarının olduğunu qeyd edib.

Xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüş zamanı bu məsələlər barəsində qarşılıqlı fikir mübadiləsi aparıldığını bildirən Pompeo, çətinliklərə baxmayaraq ABŞ və Türkiyənin, NATO ittifaqı daxilində və digər məsələlərdə birgə işləməyə davam edəcəklərini vuğulayıb.

Çavuşoğlu ilə görüşündə Brunsonun sərbəst buraxılması və ABŞ-a dönməsinə icazə verilməsi istəklərini dilə gətirdiyini bildirən Pompeo, ABŞ Xarici İşlər Nazirliyinin bəzi işçilərinin da sərbəst buraxılması lazım olduğunu söylədib. Pompeo, “Önümüzdəki günlərdə bunu görəcəksiniz” – deyə, əminliyini gizlətməyib.
Gündəlikdə olan digər məsələ isə, Rusiyaya qarşı sanksiyalara dəstək verilməsi olub. Pompeo, ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, bəzi rus şirkətlərinin Şimali Koreya şirkətləri ilə əlaqələr saxlamasından narazılığını ifadə edərək, bütün dünya ölkələrinin bu məsələdə ABŞ-a dəstək verməsinin vacibliyindən danışıb.
Pompeo eyni zamanda Myanmarda jurnalistlərin həbsi məsələsinə də toxunaraq onların dərhal azad edilməsinin vacib olduğunu söyləyib.

Qeyd edək ki, sözügedən jurnalistlər Myanmarda Arakanlı müsəlmanlara qarşı törədilmiş cinayət aktlarını ifşa etdikləri səbəbiylə keçən il dekabr ayında həbs edilmişdi. “Reuters” əməkdaşı jurnalistlər Dövlət sirlərini pozmaqda ittiham edilmişdi.

www.yenicag.az

1311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv