Türkiyə ilə Qazaxıstan hərbi əməkdaşlıq edəcək

Türkiyə milli müdafiə naziri Yaşar Gülər bu ölkədə səfərdə olan Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov ilə Ankarada görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə nazirlər “2024-cü il Hərbi Əməkdaşlıq Proqramının İcra Planı”nı imzalayıblar.