!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ilə Rusiya barışır? – Ankaranın “Çəlik” jestinə rus hansı reaksiyanı verəcək? – Şərh

!Reklam – Yazi

RTR4GAWF-1150x719Elxan Şahinoğlu: “Bir müddət zaman keçməlidir ki, ruslar da Ankara ilə bu cür gərgin münasibətin daimi davam etməsinin mənasız olduğunu anlasınlar”

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan  bildirib ki, Türkiyə ilə Rusiya eyni bölgədə yaşayan, əsrlərdir qarşılıqlı münasibətləri olan əhəmiyyətli ölkələrdir:  “Regional problemlər ölkələrimiz arasında əməkdaşlığı zəruri edir”. Bundan başqa mətbuatın yazdığına görə, Rusiyanın Su-24 hərbi  təyyarəsinin pilotunu vuran Alparslan Çəlik də həbs edilib.  Amma buna baxmayaraq, Rusiyada hələ də antitürk əhval-ruhiyyəsi təbliğ olunmaqda davam edir. Türkiyə barışığa çalışdığı halda, Moska bu əməkdaşlıqdan qaçır.

Görəsən, niyə?

Elxan Shahinoglu 4_12Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyənin barışıq istiqamətində atdığı addımlar fonunda Rusiyanın da bu yola gəlməsi üçün müəyyən zamana ehtiyac vardır: “Təyyarə olayından belə Türkiyə Rusiya ilə münasibətlərin kəskinləşməsini istəməyib. Hətta Ankara dialoq təklif edib. Amma təəssüf ki, Rusiya rəsmiləri dialoq təklifinə rədd cavabı verirlər. Hətta Ərdoğan Putinlə görüşə biləcəyini də açıqlamışdı. Kremldə buna da razı olmadılar. Əsas tələbləri də odur ki, Türkiyə üzr istəsin, təzminat ödəsin və təyyarəni vuranları həbs etsin. Hansı ki, bu şərtlər də ağır və doğru olmayan şərtlərdir. Təyyarə sərhədi pozduğu halda, bu cür şərtlər irəli sürmək düzgün deyil. Onun əvəzində dialoq qurub məsələni aydınlaşdırmağa ehtiyac var. Amma Rusiya qarşı tərəfin təkliflərini qəbul etmədiyindən dialoq alınmır. Ərdoğan Amerikada da dedi ki, Rusiya ilə münasibətləri audınlaşdırmağa hazırdır. Düşünürəm ki, bu məsələdə zamana ehtiyac var. Bir müddət zaman keçməlidir ki, ruslar da bu cür gərgin münasibətin daimi davam etməsinin mənasız olduğunu başa düşsünlər. Müəyyən zaman keçəndən sonra, düşünürəm ki, ruslar dialoqa hazır olacaq. İndilikdə baş verən hadisədən hələ uzaq zaman keçməyib. Putin düşünür ki, indi dialoqa getsə, Rusiya ictimaiyyəti, parlamentdəki rus şovinistləri onu düz başa düşməzlər. Yəni həmin qüvvələr tərəfindən ciddi təpkilərlə qarşılaşa bilər. Ona görə indiki vəziyyəti saxlamaq şərtilə dialoq çox vacibdir. Dialoq olmayacaqsa, bu münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişlər olmayacaq”.

ELÇİN

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv