“Türkiyə ilə Rusiyanın Qarabağ münaqişəsinə yanaşması fərqlidir” – Salih Yılmaz

“Moskva-Ankara münasibətlərində müəyyən ziddiyyətlər var və onlar dərinləşə bilər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri məlum Kerç böhranının Türkiyə-Rusiya münasibətlərinə mümkün təsirini dəyərləndirən politoloq Salih Yılmaz deyib.

Salih Yılmazın sözlərinə görə, Moskva və Ankara mövcud ziddiyyətləri aradan qaldırmaq üçün müzakirələrə başlamalıdır:

“Uzunmüddətli perspektivdə Avropa və NATO-nun “təhlükəsizlik divarı”na çevrilən Türkiyə hazırda bu funksiyanı Rusiya üçün yerinə yetirir. Ancaq Rusiyanın astagəl dövlət idarəetmə sistemi və Türkiyə üçün həssas məsələlərə baxışı həmin “divar”ın dağılmasına, Rusiyanın tamamilə Qərbin mühasirəsinə düşməsinə səbəb ola bilər.

Türkiyə həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətlərə malikdir. Ankara Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü tanımaqla yanaşı, ABŞ və digər dövlətlərin Qara dənizdə iştirakının genişlənməsinə qarşı siyasət yürüdür.

Eyni zamanda, Türkiyədə hələ də Rusiyanın iki ölkə arasında yaranmış münasibətləri necə qiymətləndirməsi ətrafında mübahisələr gedir. Türkiyə ilə Rusiyanın Dağlıq Qarabağ, Şimali Kipr, Krım, Suriya məsələrinə yanaşmalarında ziddiyyətlər var və onlar dərinləşə bilər.

Ona görə də Moskva ilə Ankara Qərbin həmin ziddiyyətləri dərin böhrana çevirməsini gözləmədən müzakirələrə başlamalıdır”.

A.Zeynalov

COP29