!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ilə viza rejimi qaldırılsın – Azərbaycan millət vəkilləri təklif edir

!Reklam – Yazi

imagesFazil Mustafa: “Hazırda yaranan fürsətdən istifadə edib, iki dövlət arasında vizasız rejimə keçmək lazımdır”

Asim Mollazadə: “Viza rejimi aradan qaldırılmalıdır”

Rusiya Türkiyə ilə yaşanan gərginlik fonunda Mərkəzi Asiyaya doğru hərəkət edən Türkiyəyə məxsus yük maşınlarının öz ərazisindən keçməklə hərəkətinə də qadağa qoyub. Bu fonda rəsmi Bakı həmin Türkiyəyə məxsus yük maşınlarının Azərbaycan ərazisindən keçməsinə razılıq verib. Eyni zamanda, vizası və keçid sənədi olmayan TIR sürücülərinə güzəştə gedilməsi qərara alınıb. Xatırladaq ki, uzun müddətdir iki qardaş ölkə arasında vizasız rejimin yaradılması ilə bağlı müzakirələr gedir. Lakin hələlik Türkiyə ilə Azərbaycan gediş-gəlişdə viza rejimindən istifadə etməkdə davam edirlər. Amma Türkiyəli yük maşın sürücülərinin Azərbaycan ərazisindən keçməklə Orta Asiyaya yük daşımaları məsələsinin həlli iki ölkə arasında vizasız rejimə keçidin vacibliyini daha da aktuallaşdırdı.

Yenicag.az-a açıqlamasında millət vəkili Fazil Mustafa da nəhayət qardaş ölkələr arasında vizasız rejiminə keçilə biləcəyinə ümid etdiyini bildirdi: “Türkiyə yük maşınları sürücülərinin Azərbaycan ərazisindən istifadə etməklə Orta Asiyaya yük daşımaları məsələsinin reallaşması qardaş ölkələr arasında vizasız rejimin vacibliyi məsələsini bir daha gündəmə gətirdi. Bu məsələni gündəmə gətirmək lazımdır. Hazırkı məqamda həmin istiqamətdə addım atılması yerində olan bir addım olardı. Hesab edirəm ki, hazırda yaranan fürsətdən istifadə edib, iki dövlət arasında vizasız rejimə keçmək lazımdır. Bu addımın atılması ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında faydalı olar”.

Millət vəkili Asim Mollazadə də bu qənaətdədir ki, Ankara ilə Bakı arasında viza rejiminin aradan qaldırılması zamanı nəhayət ki, yetişib: “Türkiyə Azərbaycan münasibətləri hansısa bir ölkələrin dost münasibətləri formatından da yüksəkdədir. Bu iki ölkə uzun illərdir “bir millət, iki dövlət” düsturu ilə yaşayır. Ona görə də aramızdakı olan münasibətlər ən yüksək səviyyədə, birlik anlayışındadır. Çalışmalıyıq ki, hər bir istiqamətdə Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyəni qoruyub saxlasın və hansısa kiçik manelər bu münasibətlərə xələl gətirməsin. Təbii ki, bu fonda viza rejimi də aradan qaldırılmalıdır. Azərbaycan Türkiyə ilə birlikdə enerji, nəqliyyat sahəsində, enerji daşıyıcılarının Avropaya çatdırılmasında böyük işlər görüb və görürlər. Bu işləri daha da gücləndirmək lazımdır. Azərbaycana dünyada ən yaxın ölkə Türkiyədir, eyni zamanda Türkiyə üçün də ən yaxın ölkə Azərbaycandır. Ona görə də bir millətin iki dövlətinin birgə fəaliyyətini hər bir istiqamətdə daha da inkişaf etdirmək gərəkdir”.

ELÇİN

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv