“Türkiyə cəmiyyətnidə bu əməliyyatla bağlı həmrəylik müşahidə olunmaqdadır”.
Tanınmış Rusiyalı politoloq İvan Starodubtsev Yenicag.ru-ya müsahibəsində Türkiyənin Suriyanın şimalındakı Afrin bölgəsində başladığı “Zeytun budağı” əməliyyatının gedişatə və mümkün nəticələrini dəyərləndirib.
– Türkiyənin Suriyada başladığı “Zeytun budağı” əməliyyatını necə qiymətləndirirsiz?
– “Zeytun budağı” haradasa “Fərat qalxanı” əməliyyatının məntiqi davamıdır və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun başlaya biləcəyini dəfələrlə bəyan etmişdi. Bu əməliyyat həm də o mənada gözlənilməz sayılmır ki, bu barədə ilk növbədə Kapitoli zirvəzinə (ABŞ-a – red.) Türkiyə rəhbərliyi tərəfindən son həftələrdə, günlərdə çoxlu açıq siqnallar göndərilmişdi.
Bununla belə, Ankaranın Türkiyə-ABŞ münasibətlərinin “nümunəvi tarixi”nə dair arqumentləri o qədər də effektli olmadı. Çünki Amerika hələ də Suriya kürdlərinə silah-texnika göndərməklə, oradakı vətəndaş müharibəsində Türkiyənin deyil, kürdlərin tərəfində olduğunu nümayiş etdirir.
– Türkiyə cəmiyyətinin “Zeytun budağı” əməliyyatıına reaksiya haqda nə deyərdiz?
– Prinsip etibariə, Türkiyə cəmiyyətnidə bu əməliyyatla bağlı həmrəylik müşahidə olunmaqdadır və bu da Türkiyə hərbçilərinə böyük mənəvi dəstəkdir. Bu dəstək hakim partiya ilə yanaşı, Kamalçılardan tutmuş milliyyətçilərə qədər, müxalifətin bütün cinahlarından bəyan olunur.
Bu əməliyyatın gedişi və ölkədə terror təhlükəsinin artması ilə bağlı narahatlığa gəldikdə isə, bunun olması istisna deyil. Ancaq Türkiyə əhalisinin böyük əksəriyyəti “Zeytun budağı” əməliyyatının da “Fərat qalxanı” kimi hamar gedəcəyinə inanır. Yəni o zaman ölkə daxilində ciddi insidentlərdən qaçmaq mümkün olmuşdu.
– Türkiyə rəhbərliyinin bu əməliyyatdan əsas gözləntisi nədir?
– Təbii ki, Ankaradan əməliyyatın məqsədləri ilə bağlı mövqe bildirilib. Həmin məqsəd isə Türkiyə-Suriya sərhədindəki Afrin bölgəsində 30 kilometrlik təhlükəsiz bufer zonanın yaradılmasından ibarətdir.
“Zeytun budağı” əməliyyatının Mənbicə qədər inkişaf etdirilməsi haqda bəyanatlar verilsə də, məncə, bu barədə danışmaq hələ çox tezdir.
Amma burada əsas məsələ yerüstü əməliyyatların uğurundan çox Türkiyə rəhbərliyinin bu çərçivədə həyata keçirdiyi fəaliyyətin beynəlxalq arenada doğurduğu və ABŞ-ı çox qıcıqlandıran effektdir.
Bu, Türkiyə-ABŞ münasibətləri taxində ilk dəfədir ki, Ankara ABŞ-ı zor gücünə özü hesablaşmağa və onu nüfuzlu dialoq tərəfi kimi tanımağa məcbur edir. Biz hələ onu demirik ki, Türkiyə “Suriya tənliyi”nin həllində, Astana formatında, o cümlədən, Soçi Konqresi ərəfəsində Rusiya və İranla sıx əməkdaşlıq edərək, öz qəti mövqeyini ortaya qoyur.