Türkiyə-İran sərhəddində əməliyyat – 75 kiloqram narkotik maddə saxlanıldı

Türkiyə polisi İranla sərhəddə xüsusi əməliyyat keçirib.

Yenicag.az xəbər verir ki, əməliyyat narkotik ticarəti ilə məşğul olan qruplaşmaya qarşı həyata keçirilib.

Əməliyyat zamanı 75 kiloqram heroin müsadirə edilib.

Faktla bağlı, iki Türkiyə vətəndaşı saxlanılıb.