Türkiyənin Doğubeyazıt rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, zəlzələ bu gün yerli vaxtla saat 13:30-da, yerin 1,8 kilometr dərinliyində qeydə alınıb.
Yeraltı təkanların episentri Türkiyə-İran sərhədində, Ağrı vilayətinin Doğubeyazıt rayonunun Sarıçavuş kəndindən bir neçə kilometr uzaqlıqda olub.
Zəlzələnin baş verdiyi bölgə İran, Azərbaycan və Ermənistanla həmsərhəddir.
Təkanların Ermənistan və Naxçıvanda da hiss olunduğu bildirilir.