Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu zəlzələ nəticəsində ölənlərin sayının 8-ə çatdığını deyib.
Onun sözlərinə görə, 21 nəfər yaralı var. Yaralılardan 8-nin vəziyyəti ağırdır.
Nazir hadisə yerində AFAD əməkdaşlarının işlədiyini bildirib.
Van valisi Məhməd Əmin Bilməz dağıntılar altında qalanların daha olmadığını deyib.
***
Saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində Xoy şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.
Yenicag.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss edilib.
Qeyd edilir ki, 5,8 maqnitudalı zəlzələ ocağının dərinliyi 10 kilometr olub. Zəlzələ nəticəsində Vanda 3-ü uşaq olmaqla 7 nəfər ölüb, 5 nəfər yaralanıb.