Türkiyə-İran sərhədində zəlzələ oldu

Türkiyə-İran sərhədində 4,2 bal gücündə zəlzələ olub.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, yeraltı təkan bu gün Bakı vaxtı ilə saat 15:33-də qeydə alınıb. Zəlzələnin episentri 5 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.