!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə İranla sərhəddə sədd inşa etməyə başladı

!Reklam – Yazi

Türkiyə hökuməti İranla sərhəddə 70 kilometrlik sədd inşa etməyə başlayıb.

Yenicag.az  APA-ya istinadən xəbər verir ki, ucaldılacaq sədd hündürlüyü 3 metr və eni 2 metr olan 7 tonluq beton bloklardan ibarət olacaq. Məlumata görə, tikinti həyata keçirilən əraziyə Ağrı əyalətinin valisi Süleyman Elban baş çəkib.

Qeyd edək ki, Türkiyə hazırda Suriya ilə sərhəddə 900 km uzunluğunda səddin tikintisi başa çatmaq üzrədir.

Məlumata görə, divarın tikintisi PKK-ya qarşı yönələn tədbirlər çərçivəsində həyata keçirilir.

Yenicag.az

www.yenicag.az

705
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv