!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə İranla sərhədi bağladı - Koronavirus təhlükəsi

!Reklam – Yazi

Türkiyə koronavirusla əlaqədar İranla sərhəd-keçid məntəqələrini müvəqqəti bağlayıb.

Yenicag.az-ın məlumatına görə, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

F. Qoсa deyib ki, bu gün yerli vaxtla saat 17.00 etibarı ilə sərhəd-keçid məntəqələri müvəqqəti bağlanıb, İrandan Türkiyəyə avtomobil və qatarların hərəkəti dayandırılıb. Türkiyədən İrana səfərlər isə davam edəcək:

“İranla sərhəddə Ağrı-Gürbulaq, Hakkari-Esendere ve Van-Kapıköy sərhəd-keçid məntəqələri, bunudan əlavə İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd-keçid məntəqəsi var”.

Səhiyyə naziri nəzərə çatdırıb ki, İran və Türkiyə arasında təyyarə uçuşları isə bu gün saat 20.00-dan dayandırılır və Türkiyə İrandan təyyarə qəbul etməyəcək.

Qeyd edək ki, İranda koronavirusla bağlı ölənlərin sayı 12 nəfərə çatıb.

Türkiyədən başqa, İraq, Pakistan və Türkmənistan da İranla sərhədlərini bağlı elan edib./APA/

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv