Türkiyə-İraq sərhədində əməliyyat – 4 türk əsgər şəhid oldu, 6-sı yaralandı

Türkiyənin İraqla sərhədində antiterror əməliyyatı davam etdirilir.

Yenicag.az xəbər verir ki, antiterror əməliyyat zamanı terrorçularla atışmada 4 hərbçi həlak olub, 6-sı isə yaralanıb.

Ölkənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, terrorçuların mövqeləri havadan və qurudan inensiv atəş altındadır, əməliyyat davam etdirilir.