İraqda terror aktları – Ölən və yaralananlar var

İraqın şimalında, Kərkük vilayətində iki partlayış törədilib.

Yenicag.az xəbər  verir ki, partlayışlardan biri Kərkük şəhərindən şimal-qərbdəki Hübeydə kəndində törədilib. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

İkinci partlayış isə Zap qəsəbəsində törədilib. Nəticədə 6 nəfər yaralanıb.

Ərazidə terrorçuların tapılması məqsədilə iri miqyaslı əməliyyata başlanılıb.

Partlayıcı qurğuların İŞİD terrorçuları tərəfindən işə salındığı ehtimal edilir.