Türkiyə iş adamlarının Azərbaycana səfəri baş tutdu – FOTOLAR

İnşaat və İnşaat Maşınları Klasteri, Ostim OSB Xarici Ticarət Koordinatorluğu, KOBSKA əməkdaşlığı və KOBiA ev sahibliyi ilə həyata keçrilib.

Yenicag.az xəbər verir ki, səfərin məqsədi Qarabağın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Türkiyə bu çərçivədə Qarabağda infrastruktur layihələrində iştirak, rifahın yüksəldilməsi, enerji və ticarət əməkdaşlığının funksionallaşdırılması və regional əlaqələrin gücləndirilməsi istiqamətində göstərilən səylərdir.

Tədbirdə çıxış edən “İnşaat və İnşaat Maşınları Klasteri”nin başçısı Ayşə Saraçoğlu deyib ki, Diplomatik əlaqələrin intensiv şəkildə davam etdirilməsi və qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında münasibətlərin ən mühüm hərəkətverici qüvvəsini təşkil edir:

“Türkiyə 1991-ci il avqustun 30-da müstəqilliyini əldə edən Azərbaycan Respublikasını 9 noyabr 1991-ci ildə tanıyan ilk dövlət oldu. Diplomatik əlaqələrin intensiv şəkildə davam etdirilməsi və qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında münasibətlərin ən mühüm hərəkətverici qüvvəsini təşkil edir. Qarabağ torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Türkiyə bu çərçivədə Qarabağda infrastruktur layihələrində iştirak, rifahın yüksəldilməsi, enerji və ticarət əməkdaşlığının funksionallaşdırılması və regional əlaqələrin gücləndirilməsi istiqamətində səyləri dəstəkləmişdir”.

A.Saracoğlu qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət” şüarı ilə ifadə olunur:

“Bu çıxış həm qloballaşan dünyanın universal dəyərlərini ifadə edir, bir millət anlayışının milli dəyərlərini də ortaya qoyur. Millətimizin bölgədə iki dövlət halında strukturlanmış varlığı dünyada milli və qlobal missiyanı birlikdə yerinə yetirilməsini ifadə edən yeganə nümunədir. “İş və İnşaat Maşınları Klasteri” 180 istehsal şirkəti və sektorun alt komponentlərindən – ağır tikinti maşınları, yüngül tikinti maşınları, beton maşın və avadanlıqlar, asfalt yol tuneli və dağ-mədən avadanlığı, sarsıdıcı və süzmə qurğularından ibarətdir.

Nümayəndə heyətində olan şirkətlərimiz yüksək texnoloji səviyyələri, üstün keyfiyyətli istehsalı və korporativ infrastrukturu ilə sizə mükəmməl xidmət göstərmək potensialına malik təşkilatlardır.

Eyni zamanda, bir çox Avropa ölkələrinə həm öz markaları altında, həm də subpodratçı kimi xidmət göstərirlər və qarşılıqlı ticarətə açıq olan uzaqgörən bir quruluşa malikdirlər. 2023-cü ildə Türkiyə ilə Azərbaycan arasında ticarət həcmi 7,65 milyard dollar olub. 2024-cü ildə bu həcmi artırmaq üçün gözəl ölkənizə səfər edərkən, sizi ölkəmizdə qonaq etmək arzusundayıq”.

İsmayıl Bakuvi

COP29