Türkiyə İsrail və ABŞ-dakı səfirlərini geri çağırdı

Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Ərdoğan həmçinin bir sıra dünya liderləri, o cümlədən Fələstinin rəhbəri Mahmud Abbas və BMT Baş katibi Antoniu Guterreş ilə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.

Türkiyə prezidenti İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısının çağırılmasının zəruriliyini qeyd edib.