Türkiyə İsveçin NATO-ya üzvlüyünü bu səbəbdən RATİFİKASİYA ETMƏYƏCƏK

Türkiyə İsveçin NATO-ya üzv olmaq təklifinin ratifikasiyasını təxirə salmaq niyyətindədir.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, Türkiyə ABŞ-nin F-16 qırıcı təyyarələri almaq istəyinə dair dəstəyin əlamətlərini görmədiyi üçün bu addımı atmağı planlaşdırır.

Ankara İsveçin NATO-ya üzv olmaq təklifinin ratifikasiyasını oktyabrın sonuna qədər təxirə salmaq niyyətindədir.

Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət etsə də, üzvlük gecikdirilib.

Aprelin 4-də bloka rəsmi olaraq yalnız Finlandiya qoşulub. İsveçin müraciəti Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb.

Xuraman Etibarlı