Türkiyə İsveçrəyə nota VERDİ

İsveçrənin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az Türkiyə XİN-ə istinadən xəbər verir ki, buna səbəb İsveçrənin Cenevrə şəhərində PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasıdır.

PKK terror təşkilatının müxtəlif ad altında İsveçrədə nümayəndəliyinin açıqlaması ilə bağlı diplomata etiraz mətni təqdim edilib və məsələ ilə bağlı izahat istənilib.

Bildirilib ki, PKK/YPG terror təşkilatı və ona bağlı qruplaşmaların müxtəlif adlar altında təbliğat aparmalarına və terrorçuluq fəaliyyətlərini qanuniləşdirməsinə heç bir şəkildə icazə verilməməlidir.