Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi sosial media hesabında 2020-ci il üzrə kənd təsərrüfatı məhsuldarlığı ilə bağlı paylaşım edib.
Yenicag.az xəbər verir ki, paylaşımda Türkiyənin kənd təsərrüfatı məhsuldarlığı baxımından Avropada ilk sırada olduğu qeyd edilib, bu sahənin pandemiya və iqlim quraqlığına baxmayaraq 4,8 faiz böyüdüyü vurğulanıb.
Bundan başqa paylaşımda sektorun son 3 ilin ən yüksək artım göstəricilərini nümayiş etdirdiyinə də diqqət çəkilib.
Qoyulan sərmayələr nəticəsində daha az su ilə daha yüksək məhsuldarlığın əldə edildiyi qeyd edilərək, “Kənd təsərrüfatından əldə edilən gəlir 20 % artaraq 333,3 milyard lirəyə yüksəlib”, – deyə bildirilib.