Türkiyə kəşfiyyatı Suriyada PKK-nın rəhbər şəxsini məhv etdi

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) Suriyada keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Serdem Pir-Serhat Harun kod adlı qondarma tabor komandiri Ersin Şahin məhv edilib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə MİT məlumat yayıb.