Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS Siyasi Bürosu ilə müzakirə apardı

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Qalın HƏMAS Siyasi Bürosunun rəhbərliyi ilə telefonda danışıb.

Yenicag.az bu barədə TRT-yə istinadən xəbər verir.

Bildirilib ki, telefon danışığında İsraillə atəşkəs müzakirələri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər atəşkəs ədə olunmasının vacibliyi məsələsində fikir birliklərini ifadə ediblər.