!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyə klubundan azərbaycanlı məşqçiyə təklif - ÖZƏL

!Reklam – Yazi

Türkiyənin “Adanaspor” klubu azərbaycanlı məşqçinin xidmətində maraqlı olub.

Yenicag.az xəbər verir ki, söhbət U-15 və U-16 millilərimizin baş məşqçisi Vüqar Məmməddən gedir.
Əldə etdiyimiz özəl məlumata görə, PTT 1-ci Liqa təmsilçisi gənc çalışdırıcıya təklif də göndərib. Lakin, 39 yaşlı məşqçi AFFA ilə müqaviləsi olduğu üçün adanalıların təklifini geri çevirib.

Məlumatı saytımıza açıqlamasında Vüqar Məmmədin özü də təsdiqləyib. Gənc çalışdırıcı bildirib ki, ona bu təklif “Adanaspor”a yeni idman direktoru təyin edilən Asim İbrahimovdan gəlib. Lakin, Vüqar Məmməd hazırda iki milli komandaya başçılıq etdiyi, işinin çox olduğunu nəzərə alaraq, təklifdən imtina etməli olub. Bundan başqa o, təklif üçün “Adanaspor” rəhbərliyinə minnətdarlığını bildirib.

Emin
Yenicag.az

www.yenicag.az

959
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv