Türkiyə klubunun futbolçusu qəzada öldü – FOTO

Türkiyənin “Alanyaspor” klubunun 28 yaşlı çexiyalı futbolçusu Jozef Sural həyatını itirib.

Yenicag.az xəbər verir ki, “Kayserispor”la səfər matçından mikroavtobusla qayıdan 8 “Alanyaspor”lu futbolçu Alanyaya çatmaqlarına 5 km qalmış qəzaya düşüb.

Nəticədə mikroavtobusda olan hər kəs yaralanaraq xəstəxanaya aparılıb. Vəziyyəti daha ağır olan çex futbolçu Jozef Suralın həyatını xilas etmək mümkün olmayıb. Digərləri isə yüngül xəsarətlər alıblar.

Mikroavtobusun sürücüsü saxlanılıb.

Qeyd edək ki, vəfat edən futbolçu Türkiyə klubuna bu mövsümün qış fasiləsində qoşulmuşdu.

COP29