Türkiyə Respulikasının Konstitusiyasında dəyişiklik edilə bilər.
Yenicag.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti taplantısından sonra xalqa müraciətində deyib.
Ərdoğan xalqı “çevriliş konstitusiyası”ndan qurtarma yönündə fəaliyyətə başlayacaqlarını bəyan edib.
Qeyd edək ki, Türkiyənin mövcud konstitusiyası 1982-ci ildə qəbul edilib.