Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkiyə konsulluğuna “Molotov kokteylləri” atıldı

İsveçrənin Sürix şəhərində Türkiyənin Baş konsulluğuna  “Molotov kokteylləri” atılıb.

Yenicag.az xəbər verir ki, Baş konsul Asiyə Nurcan İpəkçi binaya ziyan dəymədiyini deyib.

O bildirib ki, Baş konsulluğun binası bundan əvvəl də bu cür hücumlara məruz qalıb.

“İki “Molotov kokteyi” atılıb. Onlardan biri yanmayıb, digəri isə dəmir arakəsməyə dəyərək sönüb. Hadisə ilə əlaqədar polis insidentlə bağlı iki nəfəri saxlayıb, lakin onların şəxsiyyəti barədə heç bir məlumat verilməyib. Yaxın günlərdə məsələnin aydınlanacağını düşünürük”, – Baş konsul qeyd edib.

Qeyd edək ki, son 2,5 ildə Sürixdəki Baş konsulluğa 6 dəfə hücum edilib.

 

www.yenicag.az

1631