Ötən gecə Türkiyə kubokunun qalibi bəlli olub.
Yenicag.az xəbər verir ki, finalda “Başakşəhər”lə “Konyaspor” üz-üzə gəlib.
Matçın əsas və əlavə vaxtları qolsuz başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib.
Rəqibini 4:1 hesabı ilə məğlub edən “Konyaspor” kuboku başı üzərinə qaldırıb.