Türkiyə “Lapis Lazuli” marşrutu haqqında sazişi təsdiqlədi

Türkiyə 15 noyabr 2017-ci il tarixində Aşqabadda (Türkmənistan) imzalanan tranzit və nəqliyyat sahəsində əməkdaşlıq haqqında sazişi (Lapis Lazuli marşrutu haqqında saziş) təsdiqləyib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, qanun imzalandığı gündən qüvvəyə minir və onun müddəalarının icrası prezidentin nəzarətinə verilir.

Qeyd edək ki, saziş Əfqanıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb.

Xatırladaq ki, “Lapis Lazuli” layihəsinə görə, dəmir və avtomobil yolları Turgundi şəhərini (Əfqanıstan) Aşqabad, sonra isə Xəzərin sahilində yerləşən Türkmənbaşı limanı ilə birləşdirəcək. Sonra isə dəhliz Bakıya, oradan isə Gürcüstan və Türkiyəyə gədər davam edəcək.

COP29