2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 64 milyon 432 min 401 ton neft məhsulları qəbul edib.
Yenicag.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara neft məhsulları qəbulu 3 milyon 180 min 333 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə neft məhsulları daşınması 61 milyon 252 min 68 ton olub”, – deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2022-ci ilin yanvar-oktyabr ayında Türkiyə limanlarından transit yolu ilə 41 milyon 459 min 765 ton neft məhsulları daşınıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.
2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük daşınıb.
2021-ci ildə Türkiyə limanları 386 milyon 396 min 718 min ton yük qəbul edib.
Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 999 min 196 min ton təşkil edib.
2021-ci ildə digər ölkələrin bayraqları altında üzən gəmilərlə Türkiyə limanlarına yük daşıma 356 milyon 397 min 522 min ton təşkil edib.
Bundan əlavə, ötən il Türkiyə limanları 78 milyon 8 min 944 ton tranzit yük daşıyıb./Trend/