Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Yenicag.az quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 5 faiz bəndi artırılaraq 45 %-dan 50 %-ə qaldırılıb.
Bundan sonra isə Türkiyə lirəsi dollar qarşısında sürətlə ucuzlaşmağa başlayıb.
Hazırkı məzənnəyə əsasən, bir dollar 32,42 türk lirəsidir.