Türkiyə mediası: İmamoğlu qalib gəldi

İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində Cumhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrem İmamoğlu qalib gəlib. 

Yenicag.az xəbər verir ki, Türkiyə mediası açılan sandıqların ümumi faiz göstəricilərinə əsasən İmamoğlunun qalib gəldiyini yazır.

“Bu seçkilərdə partiya yox, bütün İstanbul qələbə qazandı. Mən hər kəsin xeyrinə çalışacağam. Bu, mənim bütün həyatımın ən vacib vəzifəsidir. Bu günki seçki Türkiyə demokratiyası baxımından örnək nümunə idi” – deyə İmamoğlu qeyd edib.

Qeyd edək ki, açılan sandıqların 99 faizdən çoxunun hesablanmasına əsasən İmamoğlu 54 faiz səs toplayıb, onun əsas rəqibi olan Ədalət və İnkişaf Partiyasının namizədi Binali Yıldırım isə seçkilərdə 45,1 faiz seçicinin səsini toplaya bilib.

Yıldırım artıq seçkilərdə qələbə münasibətilə İmamoğlunu təbrik edib.