Futbol üzrə UEFA Millətlər Liqasında ilk turun oyunları keçirilir.
Yenicag.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.
D Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi ilk oyununu Bakıda Kosovo yığmasına qarşı keçirib və bu qarşılaşmada hesab açılmayıb. Millimizin qrupunda yer alan Farer adaları da Malta ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri sevinən tərəf olub.
Bu gün keçirilən oyunlardan Türkiyə – Rusiya qarşılaşması maraqla gözlənilirdi. Bu görüşdə ruslar səfər qələbəsinə seviniblər.
Sonuncu dünya çempionatından kənarda qalan İtaliya millisi isə öz meydanında Polşa yığmasını qəbul edib və heç-heçəyə razılaşıb.
UEFA Millətlər Liqası
7 sentyabr
A Liqası
3-cü qrup
İtaliya – Polşa 1:1
Qol: Jorjinyo, 78-pen – Zelinski, 40.
B Liqası
2-ci qrup
Türkiyə – Rusiya 1:2
Qol: S.Aziz, 41 – Çerışev, 13. Dzyuba, 49.
C Liqası
1-ci qrup
Albaniya – İsrail 1:0
Qol: Caka, 55.
4-cü qrup
Litva – Serbiya 0:1
Qol: Tadiç, 38-pen.
Rumıniya – Çernoqoriya 0:0
D Liqası
3-cü qrup
7 sentyabr
Azərbaycan – Kosovo 0:0
Farer adaları – Malta 3:1
Qol: Edmundsson, 31. Yonsen, 38. Hansson, 51 – Mifsud, 42.