Türkiyə millisi 1/8 final oyununa çıxır

Bu gün Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, 4-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Allianz Arena”da Rumıniya Niderlandla qarşılaşacaq. Almaniyalı Feliks Zvayerin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər oyun isə “Red Bull Arena”da keçiriləcək. Burada qardaş ölkə Türkiyənin milli komandası Avstriya ilə üz-üzə gələcək. Matçı portuqaliyalı FİFA referisi Artur Diaş idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bugünkü görüşlərin qalibləri 1/4 finalda bir-birlərinə rəqib olacaqlar.

Qeyd edək ki, bunadək artıq 1/4 finalın 3 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə, Fransa isə Portuqaliya ilə üz-üzə gələcək.

Avro-2024, 1/8 final

20:00. Rumıniya – Niderland

Baş hakim:  Feliks Zvayer (Almaniya)

“Allianz Arena”

23:00. Avstriya – Türkiyə

Baş hakim: Artur Diaş (Portuqaliya)

“Red Bull Arena”

COP29