Türkiyə millisi İranla qarşılaşacaq – 44 il sonra

Futbol üzrə Türkiyə millisi İran yığmas ilə yoxlama matçı keçirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. Qarşılaşma may ayının son həftəsində baş tutacaq.

Qeyd edək ki, Türkiyə və İran millisi arasında son oyun 1974-cü ildə baş tutub. Səfərdə keçirilən qarşılaşmada “ay-ulduzlular” 1:0 hesabı ilə qalib gəlib.