!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyə millisi Romadan Bakıya yola düşdü - FOTO

!Reklam – Yazi

Futbol üzrə Avropa çempionatının (EURO 2020) açılış matçında İtaliyaya 3-0 məğlub olan Türkiyənin Milli Futbol Komandası bu gün Romadan Bakıya təyyarə ilə yola salınıb.

Yenicag.az xəbər verir ki, yığma saat 13:00-da (Bakı vaxtı ilə 14:00-da) Romadan yola düşüb.

Qrupda son iki mübarizəsini Bakı Olimpiya stadionunda oynayacaq qardaş ölkənin komandası Uels və İsveçrə komandalarına qarşı çıxış edəcək.

68 min tutumlu Olimpiya Stadionunda pandemiya qaydalarına müvafiq 32 min azarkeşin izləyə biləcəyi qarşılaşmalarda, Türkiyə Milli Komandası həm Türkiyədən gələnlər, həm də Azərbaycan azarkeşləri sayəsində böyük dəstəklə meydana çıxacaq./“Fanatik”/

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv