Türkiyə millisi Rusiyaya qalib gəldi

Türkiyə və Rusiya yığmaları UEFA Avropa Liqasında V turun ikinci oyun günündə qarşılaşıblar.

Yenicag.az xəbər verir ki, İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.

Hesabı 11-ci dəqiqədə Rusiya millisi açıb. 24-cü dəqiqədə qonaq komanda Andrey Semyonovun qırmızı vərəqə almasına görə azlıqda qalıb.

26-cı dəqiqədə Kenan Karaman, 32-ci dəqiqədə Cengiz Ünder fərqlənib. 52-ci dəqiqədə isə Cenk Tosun penaltini dəqiq yerinə yetirib.

57-ci dəqiqədə Daler Kuzyayev fərqi azalda bilib. Lakin bu, oyunda vurulan son qol olub.

Bununla da Rusiya səkkiz xalla birinci, Türkiyə altı xalla üçüncü pillədədir.