Türkiyə millisində şok itki

İngiltərənin “Everton” klubunun futbolçusu Cenk Tosun Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb. 

Yenicag.az xəbər verir ki, buna səbəb 28 yaşlı hücumçunun zədəli olmasıdır. Forvard Yunanıstanı 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyununda xəsarət alıb.

Cenk Tosun AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 11-də isə səfərdə İslandiya ilə matçda iştirak etməyəcək.

Qeyd edək ki, H qrupunda mübarizə aparan Türkiyə iki oyundan sonra 6 xal toplayıb.

COP29