Türkiyə millisində yeni baş məşqçi – ÖZƏL

21 yaşadək futbolçulardan ibarət Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, qardaş ölkənin U-21 millisini bundan sonra Alpay Özalan çalışdıracaq.

Onun təyinatı yeni həftənin ilk günündə rəsmən açıqlanacaq.

Xatırladaq ki, Türkiyənin gənclərdən ibarət millisinin son olaraq Abdullah Ercan çalışdırırdı.

Emin Səfərov