Türkiyə millisinin Avro-2024 üçün yekun heyəti bilindi

Futbol üzrə Türkiyə millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Yenicag.az xəbər verir ki, baş məşqçi Vinçentso Montello 26 nəfərlik sifariş ərizəsinə aşağıdakı oyunçuların adlarını daxil edib:

Qapıçılar: Altay Bayındır (“Mançester Yunayted”, İngiltərə), Mərt Günok (“Beşiktaş”), Uğurcan Çakır (“Trabzonspor”);

Müdafiəçilər: Mərt Müldür, Fərdi Kadıoğlu (hər ikisi “Fənərbağça”), Zəki Çəlik (“Roma”, İtaliya), Abdülkərim Bardakcı (“Qalatasaray”), Ahmetcan Kaplan (“Ayaks”, Niderland), Merih Dəmiral (“Əl-Əhli”, Səudiyyə Ərəbistanı), Samet Akaydın (“Panatinaikos”, Yunanıstan);

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu (“İnter”, İtaliya), İrfan Can Kahveci, İsmail Yüksək (hər ikisi “Fənərbağça”), Semih Kılıçsoy (“Beşiktaş”), Kaan Ayhan, Kərəm Aktürkoğlu (hər ikisi “Qalatasaray”), Okay Yokuşlu (“Vest Bromviç”, İngiltərə), Orkun Kökçü (“Benfika”, Portuqaliya), Salih Özcan (“Borussiya Dortmund”, Almaniya), Yunus Akgün (“Lester Siti”, İngiltərə), Arda Gülər (“Real Madrid”, İspaniya), Yusuf Yazıcı, (“Lill”, Fransa);

Hücumçular: Bərtuğ Yıldırım (“Renn”, Fransa), Cenk Tosun (“Beşiktaş), Kənan Yıldız (“Yuventus”, İtaliya), Barış Alper Yılmaz (“Qalatasaray”).

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Türkiyə millisi Portuqaliya, Çexiya və Gürcüstanla birlikdə F qrupunda mübarizə aparacaq.

COP29