Futbol üzrə Türkiyə milli komandasının heyətində dəyişiklik baş verib.
Yenicag.az xəbər verir ki, “Fənərbağça”nın yarımmüdafiəçisi İsmayıl Yüksək və “Beşiktaş”ın qapıçısı Mərt Günok zədəli olduqları üçün Millətlər Liqasında Monteneqro və İslandiya ilə keçiriləcək oyunlarda komandaya kömək edə bilməyəcəklər. Əvəzində isə “Eyüpspor”da çıxış edən 24 yaşlı qolkiper Berke Özer yığmanın düşərgəsinə cəlb olunub.
Qeyd edək ki, oktyabrın 9-da evdə Monteneqronu qəbul edəcək Türkiyə millisi 3 gün sonra İslandiyanın qonağı olacaq.