Türkiyə millisinin sabiq üzvü həbs edilib.
Yenicag.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, veteran qapıçı Ömer Çatkıç İstanbul Baş Prokurorluğunun keçirdiyi FETÖ əməliyyatı nəticəsində saxlanılıb. Araşdırma zamanı onun ByLock istifadəçisi olduğu müəyyən edilib. 43 yaşlı keçmiş futbolçunun evində axtarışlara başlanılıb.
Qeyd edək ki, Ömer Çatkıç son olaraq 2008-2012-ci illərdə “Antalyaspor”da çıxış edib.